Qəbələ - Qarabağ oyununun yeri və vaxtı dəyişdirildi


İdman 14 May 2018 15:18:00 279 0

Qəbələ - Qarabağ oyununun yeri və vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində QəbələQarabağ komandaları arasında keçiriləcək oyunun vaxtı və yeri dəyişdirilib.

Goal.az xəbər verir ki, bu barədə “Report”a "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, mayın 20-də nəzərdə tutulan matç mayın 21-nə keçirilib. Görüş isə Qəbələdə yox, Bakıda olacaq. Buna səbəb qarşılaşma başa çatandan sonra reallaşacaq mükafatlandırma mərasimidir.

F.Nəcəfov Peşəkar Futbol Liqasının (PFL) oyunun Bakıda keçirilməsinə dair müraciətini müsbət cavablandırdıqlarını diqqətə çatdırıb: "Biz baş məşqçi və klub prezidenti ilə danışdıq, məsləhətləşdik. PFL də bizə müraciət etdi. Nəticədə razılığa gəldik. Həmin matç mayın 21-də Bakıda keçiriləcək. Qarabağ və Qəbələ klublarının mükafatlarını eyni vaxtda alması üçün bu addım atılıb". 

Qarabağ qızıl, Qəbələ isə gümüş medalı təmin etsə də, “bürüncü”n sahibi son turda bəlli olacaq. Üçüncü yerin sahibinin mükafatlandırmada işirakı üçün Qəbələ – Qarabağ görüşü turun digər görüşləri ilə eyni gündə deyil, ertəsi baş tutacaq. Hələlik oyunun keçiriləcəyi stadion müəyyənləşməyib. 

Qeyd edək ki, bürünc medallara Neftçi, Zirə və Sumqayıt iddialıdır. “Ağ-qaralar” son turda Kəpəz'in qonağı olacağı halda, digər iki kollektiv Sumqayıtda üz-üzə gələcək.