Misir millisinin dünya çempionatı üçün ilkin heyəti


İdman 14 May 2018 14:22:00 281 0

Misir millisinin dünya çempionatı üçün ilkin heyəti

Misir millisinin baş məşqçisi Ektor Kuper Rusiyada keçiriləcək dünyas çempionatı üçün komandanın ilkin heyətini açıqlayıb. Goal.az xəbər verir ki, siyahıda 29 futbolçu yer alıb. Onlardan 6-sı daha sonra ixtisar ediləcək. İlkin heyətdə yer alan Əhməd əl-Şənavinin mundiala getməyəcəyi dəqiqdir. Misirli qapıçı zədəlidir. Topuğunda problemlər yaşayan Arsenal-ın yarımmüdafiəçisi Məhəmməd əl-Nenninin də turnirdə oynaması sual altındadır.

Misir millisinin ilkin heyəti:

Qapıçılar: Essam Əl-Hadari, Əhməd əl-Şənavi, Şərif Əkrəmi, Məhəmməd Auad

Müdafiəçilər: Əhməd Fəthi, Əhməd Əl-Məhəmmədi, Məhəmməd Abdel-Şafi, Əhməd Xeqazi, Əli Habr, Ömər Qaber, Saad Samir, Ayman Əşrəf, Kərim Hafiz, Amro Tarek, Məhmud Həmdi

Yarımmüdafiəçilər: Məhəmməd Əl-Nenni, Abdallah Said, Mahmud Fadlallah, Mahmud Həsən "Trezeqe", Ramadan Sübhi, Tarik Hamid, Abdel Əziz, Məhmud Abdel-Muneym "Kəhrəba", Amr Varda, Sem Mursi

Hücumçular: Məhəmməd Salah, Maruan Muhsin, Əhməd Həssən, Əhməd Qomaa

Misir dünya çempionatında A qrupunda mübarizə aparacaq. Onların rəqibləri Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanı olacaq.