Dabo Qəbələ'nin tarixinə düşdü


İdman 14 May 2018 11:28:00 253 0

Dabo Qəbələ'nin tarixinə düşdü

Topaz Premyer Liqasının 27-ci turunda Sumqayıt'la qarşılaşan Qəbələ mövsümdə son səfər matçını keçirib.

Goal.az xəbər verir ki, “qırmızı-qaralar” rəqib meydanında 2:0 hesabı ilə qalib gəlib. Bu oyunda vurulan iki qolla komanda özünün səfərdəki məhsuldarlıq rekordunu təkrarlayıb. Belə ki, Qəbələ cari mövsüm rəqib meydanında keçirdiyi 14 görüşdə 23 dəfə qapılara yol tapıb. Bu, 12-ci mövsümdü yüksək dəstədə çıxış edən “qırmızı-qaralar”ın ən yüksək göstəricisinin təkrarıdı. Qəbələ'nin futbolçuları 2014/15 mövsümündə də rəqib meydanlarına rekord sayda - 23 qol vurmuşdu. Lakin həmin rekordun qeydə alındığı vaxt səfərdə 16 oyun keçirən Qəbələ bu dəfə daha az - 14 qarşılaşmada fərqlənib.

Sumqayıtdakı görüşdə hesabı açan Baqali Dabo isə Qəbələ'nin tarixinə mütləq rekordla düşüb. O, çempionatın bir mövsümündə ən çox qol vuran futbolçu olub. Qol hesabını 13-ə çatdıran hücumçu 2013/14 mövsümündə rəqib qapılarına 12 dəfə yol tapan Daniel Subotiçin rekordunu arxada qoyub.

13 qolla hazırda Premyer Liqanın bombardiri olan Dabo Azərbaycan çempionatlarındakı qollarının sayını 20-yə çatdırıb. O, ötən mövsümdə 7 dəfə fərqlənmişdi. Cavid Hüseynov isə Premyer Liqada 14-cü dəfə Qəbələ azarkeşlərinə qol sevinci yaşadıb.

Qəbələ'yə qələbə qazandıran qolların müəlliflərindən Baqali ümumilikdə 27-ci, Cavid isə 19-cu dəfə “qırmızı-qara” formada fərqlənib. Yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalan fransalı bombardirlər siyahısında 3-cüdü. İlk “üçlük”dən başqa, Filip Ozobiç (25) və Rövşən Əhmədovdan da (20) geri qalan 6-cı yerdə qərarlaşan Daniel Subotiçə çatıb.   

Sumqayıt'la matç Dabo üçün daha bir yubileylə əlamətdar olub. O, Qəbələ'nin heyətində 60-cı oyununu keçirib. O, bu göstəricidə klub tarixinin 29-cusudur.