"Neymar 2000 faiz PSG-də qalacaq"


İdman 13 May 2018 18:36:00 265 0

"Neymar 2000 faiz PSG-də qalacaq"

Fransa Liqasının 37-ci turunda Rennes-i qəbul edən PSG 2 ildən sonra öz meydanında məğlubiyyətlə üzləşib - 0:2. Goal.az xəbər verir ki, matçdan sonra Paris klubunun prezidenti Naser əl-Xəlaifi Neymar və komandanın yeni baş məşqçisi barədə sualları cavablandırıb. Qətərli funksioner Neymarın növbəti mövsüm klubda qalacağına tam zəmanət verib.

"Neymar hara getməlidir? Onun PSG-də qalmayacağını kim deyə bilər? Heç kim. Neymarın bizimlə müqaviləsi var. O, 2000 faiz burda qalacaq.

Yeni baş məşqçi? Tezliklə onun kimliyini biləcəksiniz. Ola bilsin həftənin əvvəlinə. İndi bu barədə açıqlama vermək istəmirəm".