Liverpool-dan Salah və Van Deykə bonuslar


İdman 13 May 2018 12:04:00 314 0

Liverpool-dan Salah və Van Deykə bonuslar

Liverpool-un Məhəmməd Salah və Virqil van Deyklə imzaladığı müqavilədə göstərilən bonuslar məlum olub. Goal.az xəbər verir ki, Salah "qol+ötürmə" sistemi ilə 35 həddinə çatdığından ona 2.5 milyon funt bonus ödəniləcək. Misirli yarımmüdafiəçinin həftəlik qazancı 123 min funtdur.

Van Deyk komandanın 15 quru oyununa görə 250, 18 oyununa görə 375 min funt bonus alacaq. Bu göstərici 20 olsa 500, 22 olduqda is ə750 min funt bonus ödəniləcək. Cari mövsümdə "qırmızılar" 8 oyunda qapısından qol buraxmayıb.