Pedrodan vida paylaşımı: "Özümü sizə borclu hiss edib gedirəm"


İdman 12 May 2018 14:29:00 328 0

Pedrodan vida paylaşımı: "Özümü sizə borclu hiss edib gedirəm"

Mövsümün sonunda Qarabağ'dan ayrılacağı dəqiqləşən Pedro Enrike şəxsi “feysbuk” səhifəsində vida mesajı paylaşıb.

Goal.az xəbər verir ki, braziliyalı futbolçu ona Ağdam klubunda oynamaq imkanı yaradan hər kəsə minnətdarlığını bildirib:

“Bütün Azərbaycan xalqı və Qarabağ'a birlikdə keçirdiyimiz mövsüm üçün “sağ ol” deyirəm. Bu, karyeramda həlledici anlardan biri oldu və mən burada keçirdiyim 9 ayı hər zaman böyük sevgi ilə xatırlayacağam. Meydana çıxdığım bütün oyunlarda var gücüm və ürəyimlə oynamağa çalışdım. Çünki bu komandada oynamaq mənim üçün həmişə xoş idi və bu cür də qalacaq. Özümü sizə borclu hiss edib gedirəm. Mənə Ağdam camaatı üçün oynamaq imkanı yaratdığınıza görə sizə hər zaman minnətdar olacağam. Mənə qucaq açdıqları üçün bütün futbolçulara, texniki heyətə, rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm. Allah sizdən razı olsun”.