Muxtar Babayev AFFA-dan istefa verdi


İdman 11 May 2018 14:55:00 288 0

Muxtar Babayev AFFA-dan istefa verdi

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsindən istefa verib. 

Goal.az xəbər verir ki, bugünkü iclasda AFFA-nın İcraiyyə Komitəsi M.Babayevin istefasını qəbul edib. Qərara alınıb ki, milli assosiasiyanın növbəti Konfransınadək Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.

Qeyd edək ki, Muxtar Babayev daha əvvəl "Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.