Lopeteqi və Del Boske ifadə verəcək


İdman 10 May 2018 16:50:00 259 0

Lopeteqi və Del Boske ifadə verəcək

İspaniya Futbol Federasiyasının sabiq prezidenti Anhel Maria Vilyarın korrpusiya işi bağlı araşdırmaq davam edir. Funksioner çirkli pulların yuyulmasında ititham olunur. Goal.az xəbər verir ki, şahid kimi İspaniya millisinin indiki və keçmiş baş məşqçiləri Lopeteqi və Del Boske də iştirak edəcək. Onların dindirilməsi mayın 25-i baş tutacaq.

Vilyar 29 il İspaniya Futbol Federasiyasına rəhbərlik edib. O, 2017-ci ilin dekabrında istefaya göndərilmişdi.