Runi İngiltərəni tərk edə bilər


İdman 10 May 2018 14:30:00 277 0

Runi İngiltərəni tərk edə bilər

Everton-un hücumçusu Ueyn Runi karyerasını MLS-də davam etdirə bilər. Goal.az xəbər verir ki, 32 yaşlı forvard klub rəhbərliyinə DC United-də oynamaq istədiyini çatdırıb. Futbolçunun agentləri danışıqlar aparmaq üçün artıq ABŞ-a gedib. Runi ilə 2020-ci ilə kimi müqavilə imzalanması gözlənilir. Transfer 12.5 milyon funta başa gələ bilər. MLS-də transfer pəncərəsi rəsmən 10 iyulda bağlanır.