İngiltərə millisinin futbolçusu ciddi zədə alıb


İdman 10 May 2018 13:34:00 266 0

İngiltərə millisinin futbolçusu ciddi zədə alıb

İngiltərə millisi  və Tottenham-in futbolçusu Kiran Trippye Newcastle United-lə oyunda zədələnib. Goal.az xəbər verir ki, 28 yaşlı müdafiəçinin zədəsi ciddidir. O, Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyə bilər. Oyundan sonra keçirilən mətbuat konfransında London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino futbolçunun yaşıl meydanlara tez qayıdacağına ümid etdiyini söyləyib.