İngiltərə Premyer Liqasında aprelin ən yaxşı futbolçusu


İdman 09 May 2018 15:18:00 300 0

İngiltərə Premyer Liqasında aprelin ən yaxşı futbolçusu

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, bu mükafata Crystal Palace-in hücumçusu Vilfrid Zaha sahib çıxıb. Ötən ay Liqada 4 oyuna çıxan Zaha 4 qola imza atıb. Onun komandası bu oyunlarda 2 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib. Aprel ayının ən yaxşı futbolçusu olmağa namizədlər sırasında Pyer-Emerik Obameyanq (Arsenal), Pol Poqba (Manchester United), Kristian Eriksen (Tottenham), Rahim Sterlinq (Manchester City), Ceyk Livermor (West Bromwich Albion) və Cordan Pikford (Everton) da vardı.