Topaz Premyer Liqası: 27-ci turun bir oyunu fərqli vaxtda


İdman 07 May 2018 20:05:00 290 0

Topaz Premyer Liqası: 27-ci turun bir oyunu fərqli vaxtda

Topaz Premyer Liqasında XXVII turun bir oyunu fərqli saatda başlayacaq. Goal.az xəbər verir ki, Keşlə – Qarabağ görüşü digər qarşılaşmalarla eyni vaxtda start götürməyəcək. Bu da Ağdam klubunun çempionluğu təmin etməsi, paytaxt təmsilçisinin isə Premyer Liqada heç bir hədəfinin qalmaması ilə bağlıdır.

Əsasnamənin tələblərinə uyğun olaraq, Avropa Liqasına vəsiqə qazanmaq baxımından əhəmiyyət daşıyan Neftçi – Səbail, Zirə – Kəpəz və Sumqayıt – Qəbələ qarşılaşmaları isə eyni saata başlayacaq.