Manchester City-nin futbolçusu kuboku yerə salıb


İdman 07 May 2018 15:36:00 264 0

Manchester City-nin futbolçusu kuboku yerə salıb

İngiltərə Premyer Liqasının 37-ci turunda Manchester City öz meydanında Huddersfield Town-la qolsuz bərabərliyə razılaşıb. Matçdan sonra City bir neçə tur öncə təmin etdiyi çempionluq kubokuna qovuşub. Ənənəvi mərasimdə maraqlı hadisə yaşanıb. Goal.az xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi Aleksandr Zinçenkonun ehtiyatsızlığı kubokun qazona düşməsinə səbəb olub. Təşkilatlar dərhal onu qaldırıblar.