Çempionlar Liqası : qrup mərhələsinin 13 komandası məlumdur


İdman 06 May 2018 13:34:00 311 0

Çempionlar Liqası : qrup mərhələsinin 13 komandası məlumdur

Çempionlar Liqasının qrup mərhələsində iştirakı dəqiqləşən komandaların sayı 13-ə çatıb. Goal.az xəbər verir ki, 2018/19 mövsümündə Avropanın ən nüfuzlu klub turnirində çıxış edəcək 32 komandanın təxminən yarısı məlumdur.

Bu 13 komanda 7 ölkəni təmsil edir. İspaniyanın 4, İtaliya, İngiltərə və Almaniyanın hərəsinin 2 komandası Çempionlar Liqasının qrupunda yerini təmin edib. Fransa, Portuqaliya və Fransa çempionlarının da nəhənglərin yarışındakı yeri təmin olunub. Qrupda oynaması dəqiqləşən kollektivlər bunlardır:

Barcelona, Real, Atletico, Valencia (hamısı İspaniya), Manchester City, “Manchester United (hər ikisi İngiltərə), Bayern Munchen, Schalke (hər ikisi Almaniya), Juventus, Napoli (hər ikisi İtaliya), PSG (Fransa), Lokomotiv (Rusiya), Porto (Portuqaliya).