Arsen Venqerin xələfi üçün 200 milyon funt ayrılacaq


İdman 06 May 2018 11:29:00 289 0

Arsen Venqerin xələfi üçün 200 milyon funt ayrılacaq

Arsenal-da 22 illik Venqer erasının başa çatması ilə birlikdə ciddi dəyişikliklər gözlənilir. Goal.az "Daily Star"a istinadən xəbər verir ki, fransalı məşqçini əvəzləyəcək mütəxəsis yay transferləri üçün 200 milyon funt büdcə alacaq.

Arsen Venqer uzun illər "topçular"ı çalışdırsa da, Avrokuboklarda titul qazana bilməyib. Bu mövsüm Avropa Liqasında Atletico səddini keçə bilməyən London klubu ardıcıl 2-cü mövsüm Çempionlar Liqasında oynamaq imkanından məhrum olub.