Aleks Ferqyusson əməliyyat olunub


İdman 06 May 2018 09:43:00 256 0

Aleks Ferqyusson əməliyyat olunub

Manchester United-in əfsanəvi məşqçisi Ser Aleks Ferqyussonun beyninə qan sızıb. Goal.az xəbər verir ki, mayın 5-i gecə saatlarında vəziyyəti pisləşən şotland mütəxəsis dərhal xəstəxanaya yerləşdirilib. 76 yaşlı Ferqyusson əməliyyat olunub. Səhhətinin normala dönməsinə üçün ona intensiv terapiya lazım olacaq.

Ferqyussonun dostları qeyd edib ki, o, mayın 3-dən baş ağrılarından şikayətlənib. Ser Aleksin Doncaster Rovers klubunu çalışdıran oğlu Darren komandanın son matçını buraxıb və atasının yanındadır.