Napoli prezidenti baş məşqçini tənqid etdi


İdman 05 May 2018 16:14:00 311 0

Napoli prezidenti baş məşqçini tənqid etdi

Napoli İtaliya A Seriyasında çempionluq mübarizəsi aparsa da, böyük ehtimalla, Juventus növbəti dəfə skudettonun sahibi olacaq. Goal.az xəbər verir ki, Neapol klubunun prezidenti Aurelio De Laurentis komandanın bu mübarizədə sona qədər davam gətirməməsinə səbəbkar kimi baş məşqçi Maurisio Sarrini göstərib.

"Düşünmürəm ki, İnter - Juventus (2:3) matçındakı idaəçilik turnir cədvəlindəki vəziyyətə ciddi təsir göstərdi. Ola bilsin, biz Çempionlar Liqasında təsnifat mərhələsi oynadıq deyə barıtımız mövsümün sonuna qədər çatmadı. Komandada olan bütün futbolçulardan istifadə etmirsənsə, bu qaçılmazdır. Müəyyən məqamlarda bir qədər nəfəs dərib mövsümün sonuna qüvvə toplaya bilərdik. Amma məşqçi eyni futbolçuların köməyindən yararlanmaq istəyirsə... Fauzu Qulamın zədəsi olmasaydı, biz Mario Ruinin istedadını kəşf edə bilməzdik. Roma ilə matçda yol verdiyi səhvlər istisna olmaqla yaxşı təsir bağışladı".

De Laurentis mövsümün sonunda Sarri ilə yolların ayrılacağını da istisna etməyib.

"Sarri ilə müqavilə barədə danışdım, məndən möhlət istədi. Biz onunla və ya onsuz irəli getməkdən qorxmuruq. İstənilən halda, digər namizədləri nəzərdən keçiririk. Portuqaliya, İspaniya, Fransa, almaniya, Rusiya və İtaliyada yaxşı məşqçilər var. Əvvəlki kursu davam etdirmək istəsək, Marko Campaolo münasib variantdır. Simone İnzaqi, Campaolo və Leonardo Sempliçi də maraqlı məqçilərdir. Amma söhbət düzgün seçimdən gedir. Fikrimcə, Antonio Konte Napoli üçün ideal məşqi olardı. O, komandada intizamı saxlaya bilir, tələbkardır və futbolçulara arxaynlaşmaq imkanı vermir".