Juventus PSG-nin 3 futbolçusuna maraq göstərir


İdman 04 May 2018 18:12:00 276 0

Juventus PSG-nin 3 futbolçusuna maraq göstərir

Juventus yeni mövsüm üçün heyətini gücləndirmək istəyir. Goal.az xəbər verir ki, "qoca senyora" PSG-nin 3 futbolçusunu izləyir. "Tuttosport" nəşri Juventus-un Tomas Menye, Anhel Di Maria və Adrien Rabyu ilə maraqlandığını yazır. Paris klubunda mövsümün sonunda ciddi dəyişikliklərin olacağı gözlənilir. Baş məşqçi Unay Emerinin gedişi artıq dəqiqdir. Onun əvəzinə Tomas Tuxelin gəlmək ehtimalı var.

Hazırki komandada Menye ehtiyat oyunçuya çevrilib. Di Marianın müqaviləsi isə 2019-cu ildə başa çatır.