PSG-nin futbolçusu üçün mövsüm erkən bitdi


İdman 04 May 2018 11:31:00 316 0

PSG-nin futbolçusu üçün mövsüm erkən bitdi

PSG-nin aparıcı futboolçusu Marko Veratti mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.

Goal.az klubun saytına istinadən verdiyi xəbərə görə, italiyalı yarımmüdafiəçi qasıq nahiyəsindən əməliyyat olunub. 

Onun gələn mövsüm sıraya dönəcəyi bildirilib.

Qeyd edək ki, Veratti bu mövsüm PSG-nin heyətində 38 oyuna 2 qol vurub, 7 məhsuldar ötürmə edib.