Neftçi mətbuat xidməti rəhbərini yenə dəyişdi


İdman 02 May 2018 18:21:00 283 0

Neftçi mətbuat xidməti rəhbərini yenə dəyişdi

Neftçi'nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Goal.az xəbər verir ki, klub rəhbərliyinin qərarı ilə bu posta Allahverdiyev Rüstəm gətirilib və mayın 15-dən işinin icrasına başlayacaq.

1987-ci il təvəllüdlü Allahverdiyev Rüstəm Əbülfət oğlu, Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın Simurq klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub.