Morata: "Yoqa ilə məşğul olmaq faydalıdır"


İdman 02 May 2018 17:12:00 294 0

Morata: "Yoqa ilə məşğul olmaq faydalıdır"

Chelsea-nin ispaniyalı hücumçusu Alvaro Morata klub saytının suallarını cavablandırıb. Goal.az xəbər verir ki, futbolçu gündəlik məşqlər və rejimi barədə danışıb.

- Hər dəfə məşq vaxtından biraz əvvəl Kobhemə gəlirsən. Məşq sessiyasından əvvəl nəylə məşğul olursan?

- Məşqə 1 saat qalmış bazada olmalıyıq. Adətən 1 saat - 30 dəqiqə əvvəl gəlirəm. Əvvəlcə bəzi komanda yoldaşlarımla səhər yeməyi yeyirik. Sonra isinmə hərəkətləri edirəm və ya fiziki durumumu qaydasına salıram. Bundan sonra dişlərimi fırçalayıram, yuyunuram, butslarım və formamı məşqə hazırlayıram. Bəzən məşqlərdən öncə toplantımız olur. digər komandaların meydandakı işini nəzərdən keçiririk. Meydana çıxandan sonra gərgin çalışırıq.

- Səhər yeməyinə nə yeyirsən?

- Şəraitdən asılıdır. Bəzən meyvəli yoqurt və ya avokadolu tost götürürəm. Adətən qəhvə içirəm.

- Məşqdə hansı avadanlıqdan istifadə edirsən?

- Bu, havadan asılı olan şeydir. Məsələn, günəşli havada sadəcə şort və futbolka geyinirəm. Yağış yağanda cemper geyinməli oluram.

- Mövsüm ərzində neçə cüt buts işlədirsən?

- Düzü, saymamışam. Amma təqribən 20. Oyun və ya məşqdən asılı olmayaraq eyni butsları geyinirəm. Brend isə 4-5 rəng təklif edir. 15-19 müxtəlif buts modellərim var. Bəzən matçda istifadə etdiyim butsu istəyirlər. Onları bağışladığım hallar çox olur.

- Məşq üçün optimla hava hansıdır?

- Aydın və mavi səma, az günəşli hava olanda xoşuma gəlir.İstidə oynamaq çətindir.

- Trenajor zalına məşqdən əvvəl, yoxsa sonra gedirsən?

- Əvvəl. Fizioprosedurlar yoxdursa, zalda biraz vaxt keçirirəm. Formanı saxlamaq üzrə çalışmalar edirəm. Burda dünyanın ən yaxşı yoaq təlimatçılarından biri çalışır. Məşqdən sonra ona baş çəkirəm. Yoqa fayda verir.

- Nahara, adətən nə yeyirsən?

- Çox vaxt makaron. Gücü bərpa etmək üçün lazımlı qidadır. Fiziki möhkəmlik üçün ət və balıq yeyirəm. Əti ağır məşqlər, balıqı isə çox qaçandan sonraya salıram. Kobhemdə yemək üçün yerlər çoxdur.