Qarabağ-ın qapısına vurulan qol mövsümün ən yaxşısı seçilə bilər


İdman 01 May 2018 13:28:00 272 0

Qarabağ-ın qapısına vurulan qol mövsümün ən yaxşısı seçilə bilər

Chelsea-nin 2017/2018 mövsümündə vurduğu ən yaxşı qolların seçiminə  başlayıb. Goal.az xəbər verri ki, klubun rəsmi saytında aparılan səsvermədə 9 qol mükafat üçün iddialıdır. Ən yaxşı qol isə mayın 10-u elan olunacaq.

Siyahıda "zadəganlar"ın Çempionlar Liqasının qrup mərhələsində Qarabağ-a vurduğu iki qol da yer alıb. Qrup mərhələsinin ilk oyununda Ağdam təmsilçisini 6:0 hesabı ilə məğlub etdikləri görüşdə ikinci qolu vuran David Zapakosta və Bakıdakı görüşdə (0:4) fərqlənən Villian mükafat üçün yarışacaq. Ötən mövsüm bu mükafatı komandanın belçikalı ulduz futbolçusu Eden Azar alıb.