Sevilya klubu ən yaxşı nəticəsinə imza atdı


İdman 01 May 2018 12:50:00 272 0

Sevilya klubu ən yaxşı nəticəsinə imza atdı

İspaniya Liqasının 35-ci turunda bağlanış oyunu "Benito Villamarin" stadionunda baş tutub. Son vaxtlar yaxşı nəticələr qazanan Real Betis Primeranı tərk edəcəyi dəqiqləşən Malaga-nı qəbul edib. Goal.az xəbər verir ki, meydan sahibləri matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Bu qalibiyyət sayəsində Əndəlus klubu turnir cədvəlində 5-ci pillədə möhkəmlənib və Avroliqaya vəsiqəni təmin edib. Betis 59 xal toplayıb ki, bu da La Liqada onların ən yaxşı göstəricisidir. 

Son dəfə Betis Avrokuboklarda 2013/14 mövsümündə iştirak etmişdi. Həmin vaxt komanda Avroliqanın 1/8 finalında Sevilla-ya uduzaraq mübarizəni dayandırmışdı. Betis La Liqada sonuncu məğlubiyyətini martın 4-ü (27-ci tur) Valencia-dan alıb.