Kəpəz Premyer Liqanı tərk etdi


İdman 30 Apr 2018 11:16:00 299 0

Kəpəz Premyer Liqanı tərk etdi

Topaz Premyer Liqasında 2017/18 mövsümünün sonuncusu müəyyənləşib.

Goal.az xəbər verir ki, çempionatın bitiminə 3 tur qalmış Kəpəz'in son sıranı tutacağı rəsmiləşib. Bu, 25-ci turun Sumqayıt'la Səbail arasıdakı bağlanış matçında dəqiqləşib. 7-ci sırada qərarlaşan Bakı klubu “Gənclik şəhəri” təmsilçisinə qalib gələrək (2:1), xalını 23-ə çatdırıb. Bununla da, 13 xala malik Kəpəz'lə fərq 10-a çatıb. Qalan 3 görüşdə maksimum 9 xal yığa biləcək Gəncə klubunun bu geriliyi aradan qaldırması mümkün deyil.

Əsasnaməyə əsasən, sonuncu olacağı rəsmiləşən Kəpəz növbəti mövsüm I Divizionda yarışmalıdır.