Bundesliqanı tərk edən ilk klub müəyyənləşdi


İdman 29 Apr 2018 16:31:00 243 0

Bundesliqanı tərk edən ilk klub müəyyənləşdi

Almaniya bundesliqasını tərk edən ilk klubun adına aydınlıq gəlib.

Goal.az-ın məlumatına görə, 32-ci tur çərçivəsində səfərdə Freiburg'a 2:3 hesabı ilə uduzan Kologna çempionatın başa çatmasına 2 tur qalmış elita ilə vidalaşıb. 22 xalla sonuncu pillədə qərarlaşan komanda qalan hər 2 görüşünü qələbə ilə başa vursa belə,  30 xalla 15 və 16-cı yerləri bölüşən Wolfsburg'la Mainz-a çata bilməyəcək.Qeyd edək ki, Kologna tarixi ərzində 6-cı dəfə bundesliqanı tərk edib. Maraqlıdır ki, bunların hər biri son 20 ildə baş verib.