Arsenal, Chelsea və Manchester United yunan futbolçu ilə maraqlanır


İdman 27 Apr 2018 16:06:00 326 0

Arsenal, Chelsea və Manchester United yunan futbolçu ilə maraqlanır

Borussia Dortmund-un müdafiəçisi sokratis Papastatopulos yayda klubunu dəyişə bilər. Goal.az "Bild"ə istinadən xəbər verir ki, yunan futbolçunun xidmətlərində Arsenal maraqlıdır. "Topçular"ın baş skautu Sven Mislintat hesab edir ki, Sokratis İngiltərə Premyer Liqasına və komandanın oyun tərzinə tez uyğunlaşacaq. Bu futbolçunu Chelsea və Manchester United də heyətində görmək istəyir. Borussia ilə müqaviləsi 2019-cu ildə başa çatacaq müdafiəçinin buraxılış qiyməti 20 milyon avrodur.

29 yaşlı müdafiəçi cari mövsüm Bundesliqada 28 oyuna çıxıb.