Sumqayıt'ın prezidentindən Samir Abasov açıqlaması


İdman 27 Apr 2018 11:52:00 286 0

Sumqayıt'ın prezidentindən Samir Abasov açıqlaması

Sumqayıt-ın prezidenti Riad Rəfiyev komandanın baş məşqçisi Samir Abasovun klubdakı gələcəyilə bağlı "CBC Sport"un "Üçüncü hissə" proqramında açıqlama verib.

Goal.az xəbər verir ki, klub başqanı gənc mütəxəssislə yeni müqavilə məsələsi haqda danışdıqlarını söyləyib:

"Yeni müqaviləylə bağlı Samir müəllimlə söhbətimiz olub. Qərara gəldik ki, müqavilə məsələsinə çempionat başa çatdıqdan sonra baxaq. Komandanın son dörd turda vacib oyunları var və buna köklənməsi lazımdır. Belə məqamda Abasovla yeni müqavilə məsələsini müzakirə etmək düzgün olmaz. Premyer Liqa başa çatdıqdan sonra baş məşqçi ilə gələcək barədə müzakirəmiz olacaq. Əlbəttə, Samir müəllim güclü mütəxəssisdir. O, Sumqayıtda doğlub, boya-başa çatıb və bu şəhəri sevir. Sumqayıtlılar da onu sevir". 

Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın başa çatmasına 4 tur qalmış 39 xalla 3-cü pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi bu mövqeyi qorusa, avrokuboklara vəsiqə qazanacaq.

Əlavə edək ki, Samir Abasovun Sumqayıt'la müqaviləsi mövsümün sonu başa çatır. Onun adı Qəbələ, NeftçiZirə ilə hallanır.