FİFA prezidentindən Qarabağ-a təbrik


İdman 25 Apr 2018 20:08:00 244 0

FİFA prezidentindən Qarabağ-a təbrik

FIFA-nın prezidenti Canni İnfantino Qarabağ-ı Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə təbrik edib. Goal.az xəbər verir ki, bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə məktub ünvanlanıb. Məktubda İnfantino dünya futbol ictimaiyyəti adından Qarabağ-a mövsümün qalibi olması, ardıcıl 5-ci dəfə bu titula yiyələnməsi münasibətilə təbriklərini çatdırıb.