Buffon komanda yoldaşlarını tənqid edib


İdman 24 Apr 2018 15:28:00 217 0

Buffon komanda yoldaşlarını tənqid edib

Juventus-un qapıçısı Canluici Buffon komanda yoldaşlarını məzəmmət edib. Goal.az xəbər verir ki, İtaliya A Seriyasının 34-cü turunda Napoli-yə minimal hesabla uduzandan sonra təcrübəli qolkiper komanda yoldaşlarını zəif oyun göstərdiyinə görə tənqid edib. 40 yaşlı əlcək ustasının sözlərinə yalnız Medhi Benatia cavab verib. Bu məğlubiyyətdən sonra Juventusun ikinci pillədəki Napoli ilə xal fərqi 1-ə enib.