Fransalı məşqçi vəfat edib


İdman 24 Apr 2018 15:10:00 238 0

Fransalı məşqçi vəfat edib

Fransa millisinin sabiq futbolçusu və baş məşqçisi Anri Mişel vəfat edib. Goal.az xəbər verir ki, tanınmış mütəxəssis 71 yaşında dünyasını dəyişib. Anri Mişel futbolçu karyerasının çox hissəsini vətənində “Nant”ın heyətində keçirib. O, həmçinin Fransa yığmasında 58 oyuna çıxıb. Məşqçi kimi ilk uğuruna Fransanın gənclərdən ibarət millisi ilə 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarının qalibi olmaqla imza atan Mişel 1984 – 1988-ci illərdə ölkəsinin əsas yığmasının sükanı arxasında olub. O, DÇ-1986-da bürünc medal əldə edib. Mərhum Kamerun, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Kot dİvuar, Ekvatoriyal Qvineya və Keniya yığmalarına da rəhbərlik edib.