Mourinyo: "Ola bilsin, həddən artıq tənqidlərə məruz qalırıq"


İdman 22 Apr 2018 09:46:00 289 0

Mourinyo: "Ola bilsin, həddən artıq tənqidlərə məruz qalırıq"

"Manchester United" İngiltərə kubokunun yarımfinalında "Tottenham" üzərində 2:1 hesablı qələbə sayəsində turnirin finalına vəsiqə qazanıb. Goal.az xəbər verir ki, matçdan sonra "manikunianlar"ın baş məşqçisi Joze Mourinyo bunları deyib:

"Buna layiqdik. Oyunu hissələrə ayırsaq, əksərr bölümlərdə daha üstün təsir bağışladıq. Rəqib hesabda öndə olanda belə, oyunun gedişinə nəzarət edirdik. Fasilədə futbolçularla söhbətim uzun çəkdi. Bu səbəbdən ikinci hissəyə biraz gec çıxdıq. Özümüzdən soruşmalıyıq ki, bizi tənqid edənlər niyə çoxdur. Premyer Liqada daha 6 xal toplamaqla mövsümü 2-ci pillədə tamamlaya bilərik. Hansı rəqiblərə qarşı mübarizə apardığımızı nəzərə alsaq, bu nəticəni uğur hesab etmək olar. Bir neçə il öncə analoji nəticəni göstərə bilmirdik. Son 4 ildə 3-cü dəfə finala çıxacağıq. Ola bilsin, həddən artıq tənqidlərə məruz qalırıq".