Qurbanov, Abbasov və Qriqorçuk reytinqdə irəlilədi


İdman 20 Apr 2018 13:00:00 257 0

Qurbanov, Abbasov və Qriqorçuk reytinqdə irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçinın adı yer alıb. Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. Millimizin və Qarabağ-ın baş məşqçisi 1169 xalla 472-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 11 pillə irəliləyib.

Siyahıda yer alan digər azərbaycanlı məşqçi isə Zirə-nin çalışdırıcıs Ayxan Abbasovdur. O, 217 xalla 972-ci pillədə yer alıb.

Qəbələ-nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 255 xalla 926-ci sırada qərarlaşıb. Ayxan Abbasov 10, Roman Qriqorçuk isə 5 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ Real Madrid-in baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu Barcelona-nın çalışdırıcısı Ernesto Valverde və Gremio-nun baş məşqçisi Renato Qauço izləyir.