Ronaldo öz rekordunu təzələdi


İdman 19 Apr 2018 09:45:00 262 0

Ronaldo öz rekordunu təzələdi

Real Madrid-in hücumçusu Kriştiano Ronaldo futbol üzrə İspaniya çempionatının 33-cü turunda evdə Athletik Bilbao-ya vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.

Goal.az xəbər verir ki, "Santyaqo Bernabeu"da keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb.

Futbolçu Real Madrid-in heyətində 12 oyun ardarda qol vurmaqla öz rekordunu təkrarlayıb. Portuqaliyalı hücumçu bu göstəriciyə 2014/2015-ci illər mövsümündə çatıb.

Ronaldonun hesabında ümumilikdə ölkə çempionatının 25 oyununda 24 qol var.