İspaniyanın sabi futbolçuları məşqçi kurslarına qatılıb


İdman 18 Apr 2018 17:50:00 274 0

İspaniyanın sabi futbolçuları məşqçi kurslarına qatılıb

İspaniya millisinin bir neçə sabiq üzvü məşqçi olmaq qərarına gəlib. Goal.az xəbər verir ki, UEFA-nın A və B kateqoriyalı məşqçi kurslarına Raul, Xabi Alonso, Xavi, Markos Senna, Luis Qarsiya, Albert Riera və Joan Kapdevilya kimi eks futbolçular qatılıb. Kurslar idarəetmə, qidalanma, tibb, psixologiya və komandanın qurulmasına aiddir. 6 həftədən sonra lisenziya alacaq mütəxəsislərin adı məlum olacaq. Qeyd edək ki, Xavi və Raulun artıq harda çalışacağı da məlumdur. Raul "Real"ın gənclər komandasını çalışdıracaqsa, Xavi "Al Sadd"ə kömək edəcək.