Manchester City Liverpool-a 1 milyon funt ödəyəcək


İdman 18 Apr 2018 14:51:00 288 0

Manchester City Liverpool-a 1 milyon funt ödəyəcək

İngiltərə Premyer Liqasının çempionu adını qazanan Manchester City Liverpool-a 1 milyon funt-sterlinq ödəməli olacaq.

Goal.az xəbər verir ki, 2015-ci ilin yayında “şəhərlilər”ə keçən ingilis futbolçu Rahim Sterlinqin müqaviləsində qeyd olunan çempionluq bonusu ilə əlaqədardır. Manchester City İngiltərə millisinin üzvü üçün Liverpool-a 44 milyon funt ödəyib, əlavə 5 milyon isə bonus qismində nəzərdə tutulub.

Qeyd edək ki, Sterlinqin transfer dəyərinin 20 faizi yetirməsi olduğu “Quinz Park Rangers” klubuna çatır.