Aquero dünya çempionatına yetişəcək?


İdman 18 Apr 2018 11:52:00 275 0

Aquero dünya çempionatına yetişəcək?

Manchester City-nin hücumçusu Serxio Aquero mövsümü başa vurmalı olub.

Goal.az xəbər verir ki, Manchester United-lə matçda ciddi zədə alan forvard əməliyyat olunub. Argentinalı oyunçu mövsümün digər matçlarında çıxış etməyəcək.

30 yaşlı hücumçunu həkimlər dünya çempionatına yetişdərəmə çalışacaqlar. Onun mundialda iştirak edəcəyi proqnozlaşdırılır.

 Serxio Aquero bu mövsüm Premyer Liqada 21 qol vurub.