FİFA ayının stadiona çıxmasına etiraz edib


İdman 17 Apr 2018 20:09:00 373 0

FİFA ayının stadiona çıxmasına etiraz edib

Rusiyanın 3-cü divizionunda 27-ci turun açılış oyunu "Maşuk" - "Anquşt" matçından öncə maraqlı hadisə yaşanmışdı. Matçdan öncə topu hakimə Tima adlı ayı vermişdi. Buna əsaslanan bəzi media orqanları 2018-ci il dünya çempionatının açılış mərasimində də həmin ayının stadiona çıxacağını və hətta topa ilk zərbə vuracağını iddia etmişdi. Goal.az xəbər verir ki, məsələyə münasibət bildirən FİFA nümayəndələri bu söz-söhbətləri təkzib edib.

Qeyd edək ki, Timanın azarkeşləri salamlaması bir sıra heyvansevər cəmiyyətləri narahat etmişdi. "Ayı vəhşi heyvandır. Ağzının bağlanması və kütlə qarşısında qeyri-təbii hərəkətlər etməsi heyvanda gərginlik yarada və ona psixoloji baxmından pis təsir göstərə bilər" - "Four Paws" xeyriyyə təşkilatının Britaniya filialının direktoru Brayan da Kela demişdi.