Rayola Donnarummanı PSG-yə təklif edib


İdman 17 Apr 2018 16:48:00 260 0

Rayola Donnarummanı PSG-yə təklif edib

Bu mövsüm Fransa çempionluğunu rəsmiləşdirən PSG yeni qapıçı axtarışlarını davam etdirir. Goal.az xəbər verir ki, məşhur agent Mino Rayola Paris klubuna maraqlarını təmsil etdiyi Canluici Donnarummanın xidmətlərini təklif edib. 19 yaşlı qolkiperə 70 milyon avro qiymət qoyulub. Amma PSG-nin əsas məqsədi Yan Oblak (Atletico) və Alisson Bekerdir (PSG). Oblakın buraxılış qiyməti 100 milyon avrodur. Parislilər onu heyətə qatmaq üçün bu mövsüm "Valencia"ya icarəyə verdiyi Qonzalo Quedeşi də "Atletico Madrid"ə göndərməyi düşünür. PSG-nin digər hədəfi isə "Chelsea"nin qapıçısı Tibo Kurtuadır.