FİFA referilərini döyən futzalçı 2 illik cəzalandırılıb
İdman 17 Apr 2018 16:29:00 250 0
AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında çıxış edən "Yasamal 2" komandasının futzalçısı Rəhman Ələkbərlini 2 il müddətinə yarışlardan kənarlaşdırıb.
Goal.az-ın məlumatına görə, buna səbəb oyunçunun "Qarabağ"la görüşün 27-ci dəqiqəsində hakimə fiziki təzyiq göstərməsidir. Ələkbərli həmçinin referinin qərarına kəskin etiraz edərək onu təhqir edib.
Qeyd edək ki, futzal üzrə FİFA referiləri - Hikmət Qafarlı və Elçin Səmədlinin idarə etdiyi qarşılaşma "Qarabağ"ın 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: goal.az