Erməni məşqçiyə xoruz atan azarkeş cəzalandırıldı


İdman 17 Apr 2018 12:52:00 304 0

Erməni məşqçiyə xoruz atan azarkeş cəzalandırıldı

Rusiyanın 2-ci divizionunda mübarizə aparan "Luç Energiya" klubu turni cədvəlinin son pillələrində gedir. Ötən həftə "Fakel"ə qarşı oyunda Vladivostok təmsilçisinin azarkeşləri komandanın erməni baş məşqçisi Aleksandr Qriqoryana etiraz əlaməti olaraq ona diri xoruz atmışdılar. Goal.az xəbər verir ki, buna səbəb 31-ci turda "Yenisey"lə oyundan sonra ona etiraz edən bəzi azarkeşləri "təlxək" adlandırması idi. xoruzun meydana necə keçirilməsi isə başqa söhbətin mövzusudur. "Luç Energiya"nın azarkeşlərindən biri

"Xoruzu Voronej yolunda bir kənddən almışdıq. Ən yaraşıqlı və sakitini seçdik. Hər halda, onu futbola aparacaqdıq. Xoruz hər dəfə belə stres yaşamır. Onu gödəkçənin altına salıb stadiona keçirdik Mərkəzi tribunaya yollandıq, orda yoxlama şərti aparılır. "Fakel" azarkeşləri ilə danışmışdıq ki, işimizi 40-cı dəqiqədə görək. Bu, müştərək aksiyamız idi. Aksiyanın başlanmasına 5 dəqiqə qalmış hər iki klubun azarkeşləri Qriqoryana qarşı şüarlar səsləndirdi. Sonra xoruzu çıxarıb atdıq.

Düzü, onun taleyi bizi maraqlandırır. Ümid edirdik ki, ehtiyat skamyadakı insanlar onu tutar və oyundan sonra səyyar zooparka göndərilər. Amma xoruz yoxa çıxdı. Sona qədər inanırdıq ki, Qriqoryan bunu zarafat kimi qəbul edər. O isə dedi ki, hər şey ona qarşı yönəlib".

Qeyd edək ki, xoruzu meydana atan azarkeş 5 min rubl cərimələnib və ona 6 ay stadiona giriş qadağası qoyulub.