Salah: "Çempionlar Liqası "Qızıl buts"dan daha vacibdir"


İdman 16 Apr 2018 15:26:00 308 0

Salah: "Çempionlar Liqası "Qızıl buts"dan daha vacibdir"

"Liverpool"un yarımmüdafiəçisi Məhəmməd Salah əsas məqsədinin Çempionlar Liqasını qazanmaq olduğunu bildirib.

Goal.az xəbər verir ki, misirli futbolçu "Qızıl buts"a da meylini gizlətməyib.

"Qollar vurduğuma görə sevinirəm. Amma əsas məsələ komandaya fayda verməkdir. "Qızıl buts" və Çempionlar Liqası arasında seçimi 2-nin xeyrinə edərdim. Bu turnirdə uğur istənilən futbolçu üçün böyük nailiyyətdir.

Yalan deməyəcəm, "Qızıl buts" barədə düşünürəm. Komandanın oyununun mənim üzərimdə qurulduğunu görürsüz. "Tottenham"də Keynə, "Manchester City"də isə Aqueroya kömək etməyə çalışırlar. Bu normaldır" - Salah deyib.