Qurbanov Mahir Mədətovu cəzalandırdı


İdman 16 Apr 2018 13:58:00 275 0

Qurbanov Mahir Mədətovu cəzalandırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının hücumçusu Mahir Mədətovu cəzalandırıb.

Goal.az xəbər verir ki, 21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Qurbanov Mahirin hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib.

Qeyd edək ki, Mədətov “Qarabağ”ın “Kəpəz”ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb.

Sport7.az isə məlumat yayıb ki, gənc futbolçu məşqə gecikdiyi üçün təcrübəli mütəxəssis onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir.

Qeyd edək ki, bu yaxınlarda Qurban Qurbanov Elvin Yunuszadəni də əvəzedici heyətə göndərmiş, lakin sonradan onu bağışlamışdı.