"Monaco" azrkeşlərin bilet pulunu qaytaracaq


İdman 16 Apr 2018 13:32:00 276 0

"Monaco" azrkeşlərin bilet pulunu qaytaracaq

Fransa Liqasının 33-cü turunda "Monaco"nu qəbul edən PSG 7:1 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirib. Goal.az xəbər verir ki, "moneqasklar" bu sarsıdıcı məğlubiyyətdən sonra Parisə gələn azarkeşlərinin bilet pulunu geri ödəmək qərarı qəbul edib. Prosedurun detalları haqqında həftə içi məlumat veriləcək.

Qeyd edək ki, "Monaco" ötən mövsüm PSG-ni qabaqlayaraq Fransa çempionu olmuşdu.