"Zirə"nin baş məşqçisi ilə azarkeşlər arasında insident yaşanıb


İdman 16 Apr 2018 09:44:00 275 0

"Zirə"nin baş məşqçisi ilə azarkeşlər arasında insident yaşanıb

"Zirə" və ""Neftçi" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII tur matçında qalmaqal baş verib.

Oyunun sonlarında yerli fanatlar meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər.

Abbasov isə buna sərt reaksiya verib. O, azarkeşlərlə söz davasına çıxıb. Nəticədə baş hakim Rəhim Həsənov Abbasovu texniki zonadan qovub.

Azarkeşlər isə polisin müdaxiləsindən sonra stadionu tərk ediblər.