"Qarabağ" evdə "Horn"la bacarmadı


İdman 15 Apr 2018 20:07:00 253 0

"Qarabağ" evdə "Horn"la bacarmadı

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 27-ci turun oyunları keçirilib. Goal.az xəbər verir ki, həmyerlilərimiz Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda lider “Horn” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Futbolçularımızdan Emillə Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin isə start heyətdə meydana və sonadək oynayıb. “Qarabağ” hazırda 35 xalla 17 komanda arasında 8-ci pillədə qərarlaşıb.