"Roma" "Barcelona"nı təbrik edib


İdman 15 Apr 2018 13:30:00 235 0

"Roma" "Barcelona"nı təbrik edib

"Barcelona" İspaniya La Liqasında ardıcıl 39 oyunda uduzmamaqla yeni rekord müəyyənləşdirib. Son turda "Valencia" üzərində qazanılan qələbə "Real Soceidad"ın 38 il öncəki rekordunu yeniləməyə kifayət edib. Goal.az xəbər verir ki, katalonları rekord münasibətilə təbrik edənlər arasında Çempionlar Liqasında onları məğlub edən "Roma" da var.

"Möhtəşəm klubun əla uğuru. Yeni rekord münasibətilə təbrik edirik".