İniesta: "Barcelona" fikrimi həmişə dinləyib"


İdman 15 Apr 2018 11:49:00 299 0

İniesta: "Barcelona" fikrimi həmişə dinləyib"

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniestanın adı Çinin "Tianjin Quanjan" klubu ilə hallanır. Goal.az xəbər verir ki, 33 yaşlı futbolçu katalon klubunu tərk edəcəyi halda nə edəcəyini indidən planlaşdırıb.

"Nə işlə məşğul olacağıma artıq qərar vermişəm. Azarkeşlərə bağlılığım həmişə yüksək olub. 20 il ərzində yanımda olduqlarına görə onlara minnətdaram. Onların dəstəyi qələbələrimizdə vacib rol oynayıb. Klubda mənim fikrimi həmişə dinləyiblər. İndi hər şey məni qane edir. La Liqa mənim üçün əhəmiyyətlidir. məyusluq və uğursuzluqları ağrı ilə qəbul edirik. Yalnız iki yolumuz var. Kədərlənmək və ya irəli getmək".