Tractor səfərdə uduzdu


İdman 14 Apr 2018 12:51:00 306 0

Tractor səfərdə uduzdu

Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib.

Goal.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarını keçiriblər.Təbrizin Tractor  klubu səfərdə Sepidrood Rəşt-lə qarşılaşıb. Türkiyəli mütəxəssis Ərtuğrul Sağlamın yetirmələri bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.Cənubi Azərbaycanın digər təmsilçisi Gostərish isə bu turda doğma meydanda Esteglal ilə heç-heçəyə razılaşıb - 1:1.Gostərish hazırda 35 xalla 16 klub arasında 9-cu, Tractor isə 30 xalla 10-cu pillədə qərarlaşıb.