Foqts millimizin üzvü barədə danışdı - "Yaxşı oğlandır"


İdman 14 Apr 2018 11:00:00 266 0

Foqts millimizin üzvü barədə danışdı - "Yaxşı oğlandır"

Azərbaycan millisinin keçmiş baş məşqçisi Berti Foqts Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında çıxış edən "Dinamo"nun hücumçusu və millimizin üzvü Rüfət Dadaşovun 3-cü liqa təmsilçisi "Proyssen Myunster"ə keçidi haqda danışıb.

Goal.az xəbər verir ki, 72 yaşlı mütəxəssis özünün millimizin baş məşqçisi olduğu dönəmdə heyətə cəlb olunan 28 yaşlı hücumçu haqda xoş fikirlər səsləndirib:

"Rüfət Dadaşovun 3-cü liqada çıxış edən "Proyssen Myunster" klubuna transfer olunacağını gözləmirdim. Rüfət 3-cü yox, 2-ci liqada oynayacaq gücdədir, həmçinin, yaxşı oğlandır. Klub həqiqətən də "böyük ov" edib".

Rüfət Dadaşov Azərbaycan millisinin heyətində 16 oyunda iştirak edib və 4 qol vurub. O, 2014-cü ildən yığmamıza dəvət almır.