Salah Premyer Liqanın tarixinə düşdü


İdman 14 Apr 2018 09:42:00 319 0

Salah Premyer Liqanın tarixinə düşdü

Liverpool-un yarımmüdafiəçisi  Mohamed Salah İngiltərə Premyer Liqasında növbəti dəfə fərqlənib.

Goal.az xəbər verir ki, mart ayının ən yaxşısı seçilən misirli futbolçu eyni mövsümdə bu mükafatı 3 dəfə alan futbolçu kimi tarixə düşüb. Salah noyabr və fevral aylarında da ayın ən yaxşı futbolçusu seçilib.

Xatırladaq ki, 25 yaşlı futbolçu 29 qolla Premyer Liqanın bombardirlər cədvəlinə başçılıq edir.